AZ

Bakıda Qazaxıstan vətəndaşları üçün referendum məntəqəsi AÇILACAQ

Qazaxıstanda Atom Elektrik Stansiyası ilə bağlı keçiriləcək referendumla bağlı Azərbaycanın paytaxtı Bakıda referendum məntəqəsi açılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

 

Məntəqə Azərbaycandakı Qazaxıstan vətəndaşlarının səs verməsi üçün bu ölkənin Bakıdakı səfirliyində fəaliyyət göstərəcək.

 

Bundan başqa, London, Bişkek, İrəvan, Pekin, Şanxay və Honq-Konqda da məntəqələrin açılacağı məlumdur. Ümumilikdə 59 ölkədə 74 seçki məntəqəsi xaricdəki Qazaxıstan vətəndaşlarının ixtiyarında olacaq.

 

Xatırladaq ki, 2024-cü il sentyabrın 2-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev AES ilə bağlı referendumun tarixini 2024-cü il oktyabrın 6-na təyin edib və onun keçirilməsi haqqında fərman imzalayıb. Bundan sonra Mərkəzi Seçki Komissiyasında AES-in tikintisi üzrə respublika referendumu ilə bağlı mətbuat konfransı keçirilib. Konfrans zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri AES ilə bağlı referendumun necə keçiriləcəyini izah ediblər. Mərkəzi Seçki Komissiyası atom elektrik stansiyaları ilə bağlı referendum üçün bülletendə nələrin olacağı barədə məlumat verib.

Seçilən
3
1
modern.az

2Mənbələr