AZ

"Xalqın dilində o qədər doğru sözlər var ki..."- İradə İsaq

Jurnalist İradə İsaq feysbuk səhifəsində maraqlı paylaşım edib. 

News365.az xəbər verir ki, jurnalist  dilimizdə qarşılığı olmayan sözlər haqqında yazıb.

"Deməli, naxçıvanlı bir gəncə fərdi nitq dərsi keçirəm. ADA Universitetinə bu il qəbul olub, ingiliscə oxuyacaq, amma rusca heç bilmir.

Elə bir cümləyə gəldik ki, mən "podnojka" sözünü istifadə etməli idim. Nə qədər xatırlamağa çalışsam da, bu sözün dilimizdə qarşılığını o an yadıma sala bilmədim. Amma oğlana hərəkət olaraq izah etməyə çalışdım.

Oğlan anlayan kimi dedi, "hə, bildim, çəlmət atmaq deyirsiniz". Dedim, aaa, nə yaxşı sözdür? "Çəlmət atmaq" Naxçıvan ləhcəsinin sözüdür? Amma bizim Dilçilik Akademiyası bu sözü lüğətə salıbmı, bilmirəm? Ümumən, "podnojka" fəndi tərcümə olunubmu? İdmanda da çox istifadə olunur. Bu sözü biz uşaqlıqda da çox işlədirdik.

Dilimizi quran alimlər, Tağı Şahbazi başda olmaqla, o zaman diyar-diyar gəzib, hər bölgədən sözləri dilimizə gətirmişdilər. Xalqın dilində o qədər çevik, doğru sözlər var ki... Mütləq araşdırılmalıdır!

 

Seçilən
32
news365.az

1Mənbələr