Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun nəzarətində olan Uqledar şəhərini ələ keçirdiklərini açıqlayaraq bildirib: “Şərq hərbi birləşmələrinin hərəkatə nəticəsində Donetsk Xalq Respublikasının Uqledar qəsəbəsi azad edilib”.
Ukrayna prezidenti Volodimir Zelenski də ordunun Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərindən geri çəkildiyini bildirib: "Müvafiq silahlar olmadan Rusiyanı dayandıra bilmərik. Mövqelərimizi məhv edərkən biz əsgərlərimizin həyatını qorumalıyıq, çünki onlar daha çoxdur”.