AZ

Rəna Hümbətova: Big datalar vasitəsilə külək və günəş enerjiləri sahəsində proqnozlaşdırmalar aparırıq

Biz Böyük datalar (Big datalar) vasitəsilə külək və günəş enerjiləri sahəsində proqnozlaşdırmalar aparırıq.

"APA-Economics" xəbər verir ki, bunu Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və yaşıl texnologiya şöbəsinin rəhbəri Rəna Hümbətova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 5-ci günündə çıxışı zamanı deyib.

O bildirib ki, bu həm tələb, həm də təklif tərəfinin proqnozlaşdırılması üçün aparılır. Bizdə bununla bağlı böyük data var və bu datanı süni intellekt emal edir.

"Eyni zamanda, biz nazirlik olaraq birinci Milli Mobillik Strategiyası üzərində çalışırıq. Digər sahə isə əks mərkəzləşmədi. Yəni binaların üzərində yeni günəş panelləri yerləşdiririk. Bununla da aktiv istehlakçılar həmin panellərə keçid edirlər. Hər bir istehlakçı 1000 kilovatt enerji istehsal edə bilir" - deyə əlavə edib.

Seçilən
12
apa.az

1Mənbələr