AZ

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyir - Nazir müavini

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüsləriaktiv şəkildə dəstəkləyir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayevBakıda keçirilən “İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi" çərçivəsində beynəlxalq konfransın son gününün açılışmərasimində deyib.

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş2030-cu ilə qədər inkişaf üzrə milli strategiyada bir neçəprioritet istiqamət müəyyən edilib.

Onlardan biri də ekoloji sahədə dayanıqlı inkişafdır ki, bu daətraf mühitin qorunması, istixana qazı tullantılarının azaldılmasıvə iqlim dəyişikliyinə uyğunlaşma üzrə tədbirlərin həyatakeçirilməsini nəzərdə tutur. Azərbaycan iqlim dəyişikliyiməsələlərinin həllinə yönəlmiş beynəlxalq təşəbbüsləri aktivşəkildə dəstəkləyir.

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə bütün dünyaölkələrinin əlaqəli tədbirlərini tələb edir. Əks təqdirdə, qlobaltemperatur əsrin sonuna qədər 5 dərəcə yüksələ bilər ki, bu daekosistemlərin ciddi şəkildə dəyişməsinə, təbii fəlakətlərinartmasına və iqlim balansının pozulmasına səbəb olacaq”, – ovurğulayıb.

Seçilən
22
1
az.trend.az

2Mənbələr