AZ

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib

Azərbaycan

Bakı, 4 oktyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyədə işgüzar səfərdədir.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, səfər çərçivəsində Rəşad Nəbiyev nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, Orta Dəhlizin daşıma potensialının artırılması üçün birgə görüləcək işlər, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin inkişafı məsələləri müzakirə edilib.

 

Seçilən
10
14
azertag.az

10Mənbələr