AZ

Paşinyan və onun komandası “küçə uşağı” qılafından çıxıb peşəkar siyasətçi kimi formalaşa bilmədilər

Nikol Paşinyan və onun komandası (“Timur və onun komandası”) artıq 6 ildir hakimiyyətdə olsa da, lakin onlar hələ də “meydan uşağı”, “küçə uşağı” qılafından çıxıb peşəkar siyasətçi kimi formalaşa bilməyiblər.

Və məhz bu səbəbdəndir ki, gah Nikol, gah da onun silahdaşları, komanda üzvləri mediaya açıqlamalar verərkən, peşəkar siyasətçilərin özlərinə rəva bilməyəcəyi tərzdə naşı, diletant və yersiz ifadələr səsləndirir və bununla da həm özlərini, həm də Ermənistanı xoşagəlməz durumlarla üz-üzə qoyurlar.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Qərbi azərbaycanlılara öz tarixi vətənlərinin axtarışında çox da dərinə getməməyi tövsiyə etməsi və “çünki belə olan halda Altaylara qayıtmaq riski var”, deyə kinayəli replika verməsi də bir daha onu göstərir ki, Paşinyan və onun komandası həqiqətən də özlərini hələ də küçə uşaqları kimi, xırda xuliqanlar kimi aparırlar.

Alen Simonyan sıradan bir erməni deyil, o, hazırkı Ermənistanın hakimiyyət iyerarxiyasında üçüncü vacib şəxs sayılır (prezident və baş nazirdən sonra). Lakin A.Simonyanın ritorikası sahibsiz küçə uşaqlarının danışıq tərzindən heçnə ilə fərqlənmir.

Görünən budur ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına – Zəngəzura, Göyçəyə, İrəvana qayıdış məsələsinin rəsmi Bakı tərəfindən gündəmə gətirilməsi Ermənistan hakimiyyətində çox ciddi narahatlığa səbəb olub. Və fakt qarşısında qalan Ermənistan rəsmiləri çıxış yolunu Azərbaycana qarşı bu cür qeyri-etik, nadan açıqlamalar verməkdə görürlər.

Nikol Paşinyan da illər öncə “Qarabağ Ermənistandır, nöqtə” deməklə necə ağır səhvə yol verdiyini məhz 44 günlük müharibədən sonra anladı. İndi də Alen Simonyan eynilə öz liderinin həmin səhvini təkrarlayır.

Özləri Cənubi Qafqaza gəlmə olan bir xalqın (Hindistan əsilli hayların) rəsmi şəxslərinin vaxtilə hətta İrəvanın da real sahibi olan azərbaycanlılara bu gün Altayları göstərməsi doğrudan da siyasi cahilliyin ən üst nöqtəsidir.

Onsuz da son dövrlərdə “Altay nəzəriyyəsi”ni qəsdən ortaya atanlar, Azərbaycan və Türkiyə türklərinin əcdadlarının guya Cənubi Qafqaza, Anadoluya Sibir, Altay çöllərindən gəldiyini iddia edənlərin canfəşanlığı adi hal alıb. Bu iddianı ictimailəşdirməyə çalışanlar Rusiyaya, İrana və Ermənistana bağlı təbliğat mərkəzlərinin təmsilçiləridir. Ermənistan dövlətinin yüksək rütbəli rəsmisinin (parlamentin spkerinin) də özünü həmin muzdlu təbliğatçılar (propaqandaçılar) kimi aparması isə Ermənistan dövləti adına utancverici hadisədir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adıyla Altay çöllərinə göndərmək barədə ifadəsi əslində ilk növbədə Ermənistanın özünü ifşa etməsi anlamına gəlir. O, bu açıqlaması ilə Ermənistanın rəhbər dairələrində hələ də irqçilik və faşizm ideyalarının hakim olduğunu ortaya qoyur.

P.S.

Yeri gəlmişkən, A.Simonyan bu cür sarsaq açıqlaması ilə sülh prosesinə nə qədər ağır zərbə vurduğunun fərqində deyil. Tarixi və siyasəti pis bilmək Ermənistan siyasətçilərini tam iflasla, Ermənistanı isə Cənubi Qafqazın siyasi xəritəsindən tamamilə silinməklə üz-üzə qoya bilər...

P.P.S.

Bizə Altayları göstərənlər özləri günün birində yenidən Hindistana üz tutmalı ola bilərlər. Bizdən fərqli olaraq haylar zatən vətənsiz bir millətdir və onlar özlərini harada yaxşı hiss edirlərsə, oranı “Hayastan” adlandırırlar.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr