AZ

Zukerberq sərvəti ilə Bezosu geridə qoydu - Milyarderlərin sıralamasında DƏYİŞİKLİK

“Meta” şirkətinin rəhbəri Mark Zukerberqin sərvəti “Amazon”un qurucusu Ceff Bezosun sərvətini ötüb. Zukerberq 206 milyard dollarlıq sərvəti ilə ilk dəfə zənginlər sıralamasında ikinci pilləyə yüksəlib.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla”nın baş direktoru İlon Mask 256 milyard dollarlıq sərvəti ilə birinci yerdəykən, Ceff Bezos 205 milyard dollarlıq sərvəti ilə üçüncü yerə geriləyib.

 

Zukerberqin varlanmasına səbəb “Meta”nın səhmlərinin 23 faiz bahalaşması olub. 2024-cü ilin ikinci rübündə şirkətin satışlarının artması şirkətin dəyərini yüksəldib.

 

Ümumilikdə, Zukerberqin sərvəti bu il 78 milyard dollar artıb. 2024-cü il ərzində o, milyarderlər sıralamasında 4 pillə irəliləyə bilib.

 

Vasif

Seçilən
20
1
sfera.az

2Mənbələr