AZ

Azərbaycan və İtaliya 97 milyonluq layihə ilə bağlı müqavilə imzaladı

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti"ASC, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi “SOCARDownstream Management" MMC və İtaliyanın "TechnipEnergies S.p.A."şirkəti arasında piroliz yağı istehsalı layihəsinin həyatakeçirilməsinə dair birgə müqavilə imzalanıb.

Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasınınsədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabındabildirib.

O bildirib ki, ümumi dəyəri 97 milyon avro olan bu “yaşıllayihə”nin reallaşdırılması tullantıların səmərəli emalına, sənayeistehsalının təkmilləşdirilməsinə və karbon emissiyasınınazaldılmasına stimul verəcək.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
14
10
az.trend.az

10Mənbələr