AZ

Ermənistan işğalından azad edilən kənddə kütləvi məzarlar aşkarlandı

 

  Ermənistan işğalından azad edilən Azərbaycanın Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlar aşkarlandı.

  Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilən Sırxavənd kəndində yeni kütləvi məzarların tapıldığını açıqlayıb: “Ermənistanın Azərbaycana qarşı apardığı 30 illik işğalın ən acı nəticələrindən biri itkin düşən azərbaycanlılardır. İşğal müddətində 4 mindən çox azərbaycanlı toplama düşərgələrində işgəncəyə məruz qalaraq öldürülmüş və kütləvi məzarlara basdırılıb. Ermənistan bu günə qədər bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri belə cəzalandırmayıb, əksinə bu adamları mükafatlandırıb.

  Kütləvi məzarların yerləri ilə bağlı bütün məlumatları gizlədirlər. Ermənistan bu cinayətlərə görə məsuliyyəti qəbul etməli, sülhə bağlılığını nümayiş etdirməli və müharibə cinayətkarlarını ədalətli şəkildə cəzalandırmalıdır."



Seçilən
0
trt.net.tr

1Mənbələr