Bu gün İranın Ali Rəhbəri Əli Xamenei Tehranda cümə namazı qılacaq, ardınca isə beş ildən sonra ilk dəfə cümə xütbəsi ilə çıxış edəcək.
Əli Xameneinin bu çıxışı 2023-cü il oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurmasının ildönümünə üç gün qalmış baş tutacaq.
Ehtimal edilir ki, Əli Xameneinin çıxışının əsas hissəsi sentyabrın 30-da İsrailin hava zərbələri nəticəsində öldürülən "Hizbullah" lideri Həsən Nəsrullaha və İranın İsrailə qarşı həyata keçirdiyi hücuma həsr olunacaq.
Mənbə: oxu.az