AZ

Sentyabrda İranda edam edilənlərin sayı açıqlandı

Sentyabr ayında İran müxtəlif həbsxanalarında həbsxanalarında 72 məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununlada cari ilin ilk 8 ayı ərzində İranda edam edilənlərin sayı 478 nəfərə çatıb.

Edam edilənlərin 35-i narkotik maddələrin alveri, 35-i adam öldürməkdə və ikisi isə silahlı üsyanda günahlandırılıb.

Onların arasında 5 Əfqanistan vətəndaşının da olduğu bildirilib.

Bununla yanaşı son iki gün ərzində də Kərəc, Məşhəd, İlam və İsfahan şəhərlərinin həbsxanalarında daha 11 məhkum edam edilib.

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr