AZ

Ukrayna qırıcıları Rusiyanın Voronejdəki yanacaq-sürtkü bazasını vurub - Baş Qərargah

Oktyabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Voronej vilayətinin Anna kəndi yaxınlığındakı Rusiyaya məxsus yanacaq-sürtkü materialları anbarı olan “Annanefteprodukt” bazasına zərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, şaquli zərbə vurulduğu çənlərdən birinin yandığı təsdiqlənib: “Güclü yanğın baş verib”, - deyə verilən məlumata Baş Qərargah əlavə edib ki, obyektin ərazisində Rusiya hava hücumundan müdafiə qüvvələrinin yerləşdirildiyi qeydə alınıb.

“Bu tapşırığı Ukrayna Təhlükəsizlik Xidmətinin qüvvələri və vasitələri, Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək yerinə yetirib”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, Ukrayna mətbuatının yazdığına görə, Rusiyada oktyabrın 4-nə keçən gecə iki neft bazasında birdən-birə yanğın baş verib. Onların arasında Voronej vilayətindəki “Annanefteprodukt” MMC-nin bazası da var.

Qeyd olunub ki, neft bazası ərazisinə pilotsuz təyyarə düşüb, nəticədə yanacaq çəni yanıb, bunu vilayət qubernatoru Aleksandr Qusev də təsdiqləyib.

Bizimyol.info

Seçilən
12
hurriyyet.az

1Mənbələr