AZ

"İstehlakçı-istehsalçı" konsepsiyasının tətbiqi Azərbaycanın bütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcək - Rəna Hümbətova

Bakı. Trend:

"İstehlakçı-istehsalçı" konsepsiyasının tətbiqi Azərbaycanınbütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcək və bu, kompleksyanaşma tələb edir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıltexnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakıda keçirilən“İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"çərçivəsində beynəlxalq konfransın son günündə "İstixana qazıemissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süniintellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilənpanel müzakirəsində bildirib.

Onun sözlərinə görə, istixana qazı emissiyaları ətraf mühitinəsas çirkləndirici mənbəyi olaraq qalır və bu tullantılarınazaldılmasının əsas istiqamətlərindən biri günəş enerjisindən vəböyük məlumatlardan aktiv istifadənin təmin edilməsidir.

"Bərpa olunan enerji mənbələrinin uğurlu inkişafı üçün 3 əsasyanaşma mövcuddur. Birincisi, günəş və külək texnologiyalarınıninteqrasiyasıdır. İkincisi, böyük məlumatlar əsasında onlarınistehsalının proqnozlaşdırılmasıdır. Nəhayət, enerji tələbatının vəistehlakının idarə olunmasıdır. Bu məlumatlardan istifadə yalnızgələcək istehsal həcmlərini dəqiq qiymətləndirməyə imkan vermir,həm də elektrik enerjisinin istehlakını səmərəli idarə etməyə köməkedir.

Bütün bu məlumatlar nəhəng bir məlumat bazasıdır və onun dəqiqemal olunması vacibdir. Lakin ənənəvi mühəndislik metodları artıqbu tip məsələlərin həlli üçün kifayət deyil. Bu zaman süniintellekt köməyə gəlir, çünki o, belə problemlərin öhdəsindən gələbilir", – R.Hümbətova bildirib.

O, texnoloji yetkinlik və istifadə olunan məlumatlarınkeyfiyyətinin vacibliyini də vurğulayıb.

"Agentliyin strategiyasında, xüsusilə mütəxəssislərinhazırlanması və onların bacarıqlarının artırılması kontekstindəkibertəhlükəsizlik mühüm yer tutur. İnkişaf etmiş insan kapitalıolmadan bu layihələrin heç birinin həyata keçirilməsi mümkündeyil", – şöbə müdiri əlavə edib.

R.Hümbətova istehlakçı-istehsalçı (prosumer) konsepsiyasınıntətbiqinə toxunub və qeyd edib ki, bu istehlakçılar 1000 kVt-aqədər enerji istehsal edə və artıqlığını şəbəkəyə satabilərlər.

"Bu, ölkənin bütün enerji sisteminə əhəmiyyətli təsir göstərəcəkvə bu kompleks yanaşma tələb edir. Biz bərpa olunan enerjimənbələrinin inkişafı və enerji səmərəliliyi proqramımıza mühümelementləri daxil etmişik və bu prosesə bir çox şirkət cəlbolunub", – o vurğulayıb.

Seçilən
12
az.trend.az

1Mənbələr