AZ

Putinin 72 yaşı tamam olur- Ad gününü harada keçirəcək?

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də ad gününü öz iş yerində keçirəcək.

Azpost.info xəbər verir ki, bunun onun mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin bir sıra qapalı görüşlərinin planlaşdırıldığını deyib.

“Xüsusi heç nə olmayacaq. Onun günün birinci yarısında həm qapalı, həm də ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentin yanında olacaqlar”, – Peskov bildirib.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya liderinin 72 yaşı tamam olur.

Azpost.info

Seçilən
9
azpost.info

1Mənbələr