AZ

Vergi rəsmisi: Ekoloji vergilərin və yeni texnologiyaların tətbiqinə kompleks şəkildə baxılmalıdır

Azərbaycanda ekoloji vergilər gündəmdədir, amma onun və yeni texnologiyaların tətbiqinə kompleks şəkildə baxılmalıdır.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin rəisi İmran Qarayev Bakıda “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda keçirilən “3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu”nda bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli imperativ xarakter daşıyır: "Məsələn, Almaniyada şirkət ekoloji vergiyə cəlb edilirsə, onun digər vergilərində, xüsusən də mənfəət vergisində endirimlərə gedirlər. Bu isə yeni ekonometrik modellərin, riyazi-iqtisadi modellərin tətbiqi zərurətini yaradır. Şirkətin mikrosəviyyədə vergi yükünü sabit saxlamaq üçün digər vergi növləri arasında transformasiya necə olmalıdır? Biz bir vergini təyin ediriksə, digər vergilərdə hansı azalmalar olmalıdır, bu vacib məsələlərdən biridir".

Seçilən
5
2
ikisahil.az

3Mənbələr