AZ

Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırır


Avropa İttifaqı (Aİ) qeyri-dost münasibətinə görə Gürcüstan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.
“Bu ilin iyun ayında, bir neçə ay əvvəl biz ittifaqa üzv ölkələrlə Aİ-yə qarşı qeyri-dost münasibət bəslədiyinə inandığımız Gürcüstan rəhbərliyi ilə münasibətimizi necə quracağımızı, anti-Avropa və anti-Qərb təbliğatlarına və konspirasiya nəzəriyyələrinə necə qalib gələ biləcəyimizi müzakirə etdik. Və biz qərara gəldik ki, Gürcüstanın hazırkı rəhbərliyi ilə heç bir yüksək səviyyəli görüşümüz olmayacaq”, - Qerçinski bildirib.
Diplomat əlavə edib ki, son aylar ərzində nə onun Gürcüstan hakimiyyəti ilə, nə də Gürcüstan hökumətinin nümayəndələrinin Brüssellə əlaqəsi olub.
Qeyd edək ki, Aİ, ABŞ və Gürcüstan arasında münasibətlər may ayında xarici agentlər haqqında qanun parlament tərəfindən qəbul edildikdən sonra pisləşməyə başlayıb. ABŞ Müdafiə Nazirliyi iyulun 5-də yayda planlaşdırılan “Layiqli tərəfdaş” Gürcüstan-Amerika hərbi təlimlərinin strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Pentaqon bu qərarı Gürcüstan hakimiyyətinin Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya təzyiqləri artırmaq üçün Qərbin, xüsusən də ABŞ-nin ikinci cəbhə açmaq cəhdlərini elan etməsi ilə əsaslandırıb. Amerika tərəfi bu cür bəyanatların yalan olduğunu irəli sürüb. Eyni səbəbdən, Aİ Gürcüstan Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avronu dondurub.
Seçilən
7
yeniavaz.com

1Mənbələr