AZ

İsrailin Beyruta yeni zərbələri - bu dəfə hədəf odur

İsrail Beyrutun cənubuna hücumu zamanı Hizbullahın ehtimal olunan yeni liderinin yerləşdiyi bunkeri hədəf alıb.

Olaylar bildirir ki, bu barədə " The New York Post" məlumat yayıb.

İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildiriblər.

Üç İsrail rəsmisinin sözlərinə görə, zərbə Hizbullahın keşmiş lideri Həsən Nəsrullahın əmisi oğlu və ehtimal edilən varisi Haşim Safiəddini hədəf alıb.

Qeyd edək ki, onun öldürülüb-öldürülmədiyi bəlli deyil. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr