AZ

NATO nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub

Ermənistana işgüzar səfərə gələn NATO Beynəlxalq Hərbi Qərargahının rəisi general-leytenant Yanuş Adamçakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan və Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan ilə ikitərəfli görüşlər keçirib.

Herbiand.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşlər zamanı geniş spektrli məsələlər müzakirə edilib. Xüsusilə, Ermənistan-NATO əməkdaşlığının hazırkı gedişatı və onun inkişaf imkanlarına toxunulub. Əməkdaşlığın ən uyğun istiqamətləri qeyd olunub.

Ermənistan tərəfi silahlı qüvvələrdə aparılan islahatların gedişatını təqdim edib. Regional təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər həmçinin, beynəlxalq hərbi-siyasi hadisələrə dair fikir mübadiləsi aparıblar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr