AZ

Avropa İttifaqı Gürcüstan rəhbərliyi ilə əlaqələri dayandırıb

Avropa İttifaqı ölkə nümayəndələrinin alyansa qarşı qeyri-dost münasibəti səbəbindən Gürcüstan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.

Bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

“Bu ilin iyununda, bir neçə ay əvvəl biz [Aİ] üzv ölkələri ilə, fikrimizcə, Aİ-yə qarşı qeyri-dost münasibət bəsləyən Gürcüstan rəhbərliyinə münasibətimizin necə olacağı ilə bağlı müzakirə apardıq. Biz qərara gəldik ki, Gürcüstanın hazırkı rəhbərliyi ilə heç bir yüksək səviyyəli görüşümüz olmayacaq”, - Qerçinski qeyd edib.

Diplomat onu da bildirib ki, bir neçə aydır Gürcüstan hökumətinin nümayəndələri ilə Brüssel arasında bir dənə də olsun görüş baş tutmayıb.

Seçilən
5
1
aznews.az

2Mənbələr