AZ

Nobel Sülh Mükafatına layiq olan 286 namizədin ƏN MƏŞHURLARI

2024-cü ildə Nobel Sülh Mükafatına 286 namizəd, o cümlədən Roma Papası Fransisk, Ukrayna prezidenti Vladimir Zelenski, 
fevral ayında xüsusi rejimli koloniyada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnı və britaniyalı tədqiqatçı Devid Attenboro irəli sürülüb.

Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin sorğusuna qatılan ekspertlər hesab edir ki, bu il favoritlər arasında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi, Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş daxildir.

Oslo Sülh Araşdırmaları İnstitutunun direktoru Henrik Urdalın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi münaqişədən təsirlənmiş ərazilərdə mülki insanlara kömək etmək missiyasını nəzərə alsaq, uyğun namizəd ola bilər. Bununla belə, mütəxəssis təşkilatın bəzi əməkdaşlarının 2023-cü ili ittiham etdiyi üçün mükafatın agentliyə verilməsinin mübahisələrə səbəb olacağını da əlavə edib. 
Qeyd edək ki, ekspertlərin qənaətinə görə  Zelenskinin qələbə şansı azdır, çünki o, müharibə aparan ölkənin başçısıdır.

Xatırladaq ki, Norveç Nobel Komitəsi oktyabrın 11-də Osloda Nobel Sülh Mükafatının qalibini elan edəcək.

 Əntiqə Rəşid

Seçilən
16
adalet.az

1Mənbələr