AZ

Ermənistanın Baş Qərargah rəisi NATO rəsmisi ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan İrəvanda NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru Yanuş Adamçakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı geniş spektrli məsələlər, xüsusilə Ermənistan-NATO əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün potensial imkanlar müzakirə olunub. 

Qeyd olunub ki, bundan başqa tərəflər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr