AZ

Angelos Postekoqlu Joze Mourinyonun nəticəsini təkrarladı

Avropa Liqasının Liqa mərhələsinin “Ferentsvaroş”la səfər oyunu “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “mahmızlar” Avroliqanın Liqa mərhələsinin 2-ci turu çərçivəsində baş tutan bu oyundan 2:1 hesablı qələbəyə seviniblər.

Bu, yunanəsilli avstraliyalı mütəxəssis Postekoqlunun “Tottenhem”in sükanı arxasında bütün yarışlarda ardıcıl 5-ci qələbəsi olub.

Müvafiq nəticəyə ilk dəfə “Tottenhem”in keçmiş baş məşqçisi, hazırda “Fənərbaxça”nı çalışdıran portuqal mütəxəssis Joze Mourinyo müvəffəq olub. “Mour”un çalışdırdığı “mahmızlar” 2021-ci ildə bütün yarışlar çərçivəsində ardıcıl 5 qələbəni sıralamışdılar.

Angelos Postekoqlu “Tottenhem”i 2023-cü ilin iyul ayından çalışdırır. Avstraliyalı mütəxəssisin “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Sükanı arxasında olduğu müddətdə Postekoqlu “Tottenhem”i 50 oyuna çıxarıb, 27 qələbə qazandırıb, 7 heç-heçə və 16 məğlubiyyətlə üzləşib. Postekoqlunun rəhbərliyi altında “mahmızlar” rəqiblərinə 98 qol vurublar, 75 qol buraxıblar.

Seçilən
4
arena.az

1Mənbələr