AZ

Didye Deşam: “Kilian Mbappe ilə bağlı risk etmək lazım deyil”

Fransa yığmasının baş məşqçisi Didye Deşam “xoruzalar”ın ulduz hücumçusu və kapitanı Kilian Mbappe ilə bağlı sualı cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, fransalı mütəxəssis Mbappenin UEFA Millətlər Liqasının oktyabrda keçiriləcək oyunlarına iştirak ərizəsindən kənarda qalmasını əsaslandırıb:

“Onun yüngül zədəsi var. Mbappenin sağalması üçün müalicə gərəkdir. Bu halda, risk etmək lazım deyil. Buna görə də Kilian siyahıda yoxdur.

Kilianın Fransa yığma komandasına bağlılığına bir şübhəm yoxdur, amma o, sonuncu, sentyabr təlim-məşq toplanışında ən yaxşı idman formasında deyildi”, deyə Deşam xüsusilə vurğulayıb.

Əlavə edək ki, müvafiq fikir futbol ictimaiyyətinin də qənaətidir ki, Mbappe heç də özünün ən yaxşı futbolunu sərgiləmir.

Xatırladaq ki, oktyabrın 10-da Fransa yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İsrail yığmasının qonağı olacaq. Oktyabrın 14-də Deşamın “xoruzlar”ı Belçika yığmasına “qonaq” gedəcəklər.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
3
arena.az

4Mənbələr