AZ

"Nüvə silahından istifadə edəcəyik" - Şimali Koreya lideri

"Cənubi Koreya suverenliyimizi pozmağa cəhd edərsə, nüvə silahı da daxil olmaqla, bütün hücum qüvvələrindən çəkinmədən istifadə edəcəyik".

"AzPolitika" xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

O, Cənubi Koreyanın ölkəsinə qarşı mümkün hər hansı hücumuna qarşılıq olaraq Cənubun "məhv ediləcəyini" bildirib.

Xatırladaq ki, Cənubi Koreya lideri Yon Suk Yeol oktyabrın 1-dəki çıxışında deyib ki, “Şimali Koreyanın nüvə silahından istifadə cəhdi Kimin hökumətinin sonu olacaq".

O, belə olduğu təqdirdə Kimin Cənubi Koreya-ABŞ ittifaqının həlledici cavabı ilə üzləşəcəyini bildirib.

"AzPolitika.info"

Seçilən
7
azpolitika.info

1Mənbələr