AZ

BSU-da “Xaricdə könüllülük və maaşlı təcrübə” mövzusunda infosessiya keçirilib

Oktyabrın 3-də Bakı Slavyan Universitetində (BSU) AİESEC Azərbaycan təşkilatı və universitetin Karyera xidməti şöbəsinin birgə təşkilatçılığı ilə “Xaricdə könüllülük və maaşlı təcrübə” adlı infosessiya keçirilib.

Karyera xidməti şöbəsinin müdiri Günel Nəzərovanın moderatorluğu ilə baş tutan infosessiya zamanı tələbələrə AİESEC Azərbaycan təşkilatının yaranma tarixi, fəaliyyət istiqamətləri, xaricdə beynəlxalq könüllülük layihələri, peşəkar iş təcrübəsi, beynəlxalq müəllimlik imkanları, qonaq ailə proqramı və üzvlük haqqında ətraflı məlumat təqdim edilib.

İnfosessiyanın sonunda Bakı Slavyan Universitetinin tələbəsi, AİESEC Azərbaycan təşkilatında İnsan Resursları üzrə koordinator vəzifəsində çalışan Elşanə Ağakərimova iştirak etdiyi “İqlim Dəyişikliyinə Qarşı Mübarizə” proqramı çərçivəsində Türkiyəyə səfəri zamanı qazandığı bilik və bacarıqları tələbələrlə bölüşüb. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Seçilən
8
tehsil.biz

1Mənbələr