AZ

İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib (FOTO)

Bakı. Trend:

Oktyabrın 4-də Milli Məclisin İnsan hüquqları komitəsinin2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, iclası açan komitə sədri Zahid Oruc komitəninüzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilətəbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlararzulayıb.

O, diqqətə çatdırıb ki, iclasın gündəliyinə iki məsələ - İnsanhüquqları komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planınınlayihəsi və “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsibarədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Komitə sədri gündəliyin birinci məsələsi ilə bağlı bildirib ki,sənəddə qanunvericilik subyektlərindən daxil olacaq qanunlayihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinəəlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.

İş palanında Ermənistanın azərbaycanlılara qarşı həyatakeçirdiyi soyqırım, etnik təmizləmə və deportasiya cinayətlərinəticəsində vətəndaşlarımızın pozulmuş insan hüquqlarının bərpası,rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması ilə bağlı,həmçinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan edilməsi və COP29 qlobal iqlim sammitinin keçirilməsiaspektində və digər istiqamətlərdə insan hüquqlarının aktualməsələlərinə həsr olunmuş müvafiq müzakirələrin, dinləmələrin vədigər tədbirlərin keçirilməsi əks olunub.

Gündəliyin ikinci məsələsi olan “Uşaq hüquqları haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)ilə bağlı komitə sədri qeyd edib ki, layihədə təklif olunandəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətininyüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinintəkmilləşdirilməsinə xidmət edir.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədriZahid Oruc, komitə sədrinin müavini Arzuxan Əlizadə, HikmətMəmmədov, Mübariz Qurbanlı, Sevil Mikayılova, Bəhruz Məhərrəmov,Səyyad Salahlı, Azər Allahverənov, Razi Nurullayev, VüqarRəhimzadə, Tural Gəncəliyev, Naqif Həmzəyev, Milli MəclisAparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevçıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərinibildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda komitənin qarşıdakı sessiyası üçün iş planı təsdiqlənib,müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasınatövsiyə olunub.

İclasda deputat Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirakedib.

İnsan
İnsan
İnsan
İnsan
Seçilən
5
11
az.trend.az

10Mənbələr