AZ

Boyun ağrılarının əsas səbəbləri- Həkim RƏYİ

Dişlərin çəkilməsi boyun ağrılarına səbəb ola bilər,

Azpost.info xəbər verir ki, bunu rusiyalı osteopat həkim, nevroloq Andrey Galkin deyib.

Onun sözlərinə görə, uzun müddət dişlərin olmaması üz və boyun əzələlərində ağrılı spazmlara səbəb ola bilər.

Həkim əlavə edib ki, boyun ağrıları diş çəkildikdən sonra yaranan iltihab nəticəsində başlayır.

Diş çəkilməsinə əlavə olaraq, dil əzələlərinin iltihabı və qalxanabənzər vəz, badamcıq bölgəsində ağrıya səbəb ola bilər.

Əslində, boyun yaxınlığında meydana gələn hər hansı bir iltihablı proseslər bu və ya digər şəkildə ağrıya səbəb ola bilər. Bütün bunların öhdəsindən gəlmək üçün ilk növbədə problemin mənbəyini müəyyən etmək lazımdır”, – Qalkin bildirib.

Həkim əlavə edib ki, ağrıya düzgün olmayan yuxu mövqeyi və başın yastığa qoyulması da səbəb ola bilər. Belə ki, yumşaq yastıqlar boyun əyilmələrinə və əzələlərdə gecə bərpa olunmayacaq təzyiqə səbəb olur. Uzun müddət kompüter arxasında oturmaq və smartfondan istifadə nəticəsində inkişaf edən əyilmə də boyuna mənfi təsir göstərir.

Azpost.info

Seçilən
13
azpost.info

1Mənbələr