AZ

"Tiktok" fenomeni video çəkərkən öldü

Gürcüstanda mahnı oxuyan və rəqs edən Rusiya vətəndaşı, sosial media fenomeni Arina Qlazunova yeraltı keçiddən yıxılaraq ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, \"TikTok\" fenomeni olan Arina Qlazunova həyatının son anlarını lentə alaraq paylaşıb.

24 yaşlı Qlazunova video çəkməyə başladıqdan 6-7 saniyə sonra qəflətən arxadan keçən metronun yeraltı keçidində büdrəyərək yıxılıb.
 
Gürcüstan mediası hadisədən sonra Qlazunovanın xəstəxanaya yerləşdirildiyini, lakin başından xəsarət alan və boynu sınıq olan gənc qadının dünyasını dəyişdiyini yazıb.
 
Gülay
Seçilən
11
azxeber.com

1Mənbələr