AZ

Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Livanda "Hizbullah" üzvlərinin peycerlərinin partladılması ilə bağlı vəziyyət onu göstərdi ki, MDB ölkələri də daxil olmaqla, dövlət rəsmilərinə qarşı da analoji hücum təhlükəsi var".
Oxu.Az-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının iclasında deyib.
"Livanda və Suriyada peycerlərin və ratsiyaların partladılması ilə bağlı son hadisələr göstərdi ki, düşmən kəşfiyyat xidmətlərinin informasiya resurslarında boşluqlar və proqramların gizli tətbiqi üzrə işlərinin nəticələrindən təkcə kritik informasiya infrastrukturunu məhv etmək üçün deyil, həm də lazımi anda dövlət məmurlarına qarşı sui-qəsdlərin təşkili üçün də istifadə edilə bilər.
Bu, MDB ölkələrinin təhlükəsizliyinə birbaşa təhdiddir", - deyə xüsusi xidmətin rəhbəri bildirib.
Bortnikov vurğulayıb ki, birlik ölkələrində daxili siyasi vəziyyətin gələcək inkişafı və son nəticədə dövlətlərin təhlükəsizliyi ölkələrin kəşfiyyat xidmətlərinin beynəlxalq terrorizm, transmilli cinayət, narkotrafik və digər təhdidlərlə mübarizədə birgə fəaliyyətindən çox asılıdır.
Xatırladaq ki, sentyabrın 17-də "Hizbullah" üzvlərinə aid peycerlər bütün Livanda kütləvi şəkildə partlamağa başlayıb, ertəsi gün digər rabitə cihazlarının partlayışlarının ikinci dalğası baş verib. Birinci partlayışlar seriyası nəticəsində 4 min insan yaralanıb, onlarla insan həlak olub, 500-ə yaxın "Hizbullah" üzvü görmə qabiliyyətini itirib.
"The New York Times" (NYT) nəşrinin mənbələrə istinadən yazdığı kimi, İsrail peycerlərin istehsalı üçün ən azı üç şirkət yaradıb ki, onlardan biri "BAC Consulting"dir. Faktiki olaraq, qurğular İsrail "Mossad" kəşfiyyatının zabitləri tərəfindən istehsal edilib. Peycerlərə partlayıcı yük və detonator yerləşdirilib ki, bunlar müəyyən siqnal alındıqda işə düşür.
Seçilən
30
50
oxu.az

10Mənbələr