Oktyabrın 5-də paytaxtda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-şərq küləyi şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 21+26 dərəcə olacaq. Rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Ölkə regionları üzrə yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq, axşama doğru yağıntı kəsiləcək.
Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə müsbət 12 +17, gündüz müsbət 22 + 27 dərəcə, dağlarda gecə müsbət 2 +7, gündüz müsbət 13 + 18 dərəcə olacaq..