AZ

“İsrailin Hizbullah üçün daha çox sürprizləri var” - Yoav Qallant

“Livanın cənubunda quru əməliyyatları davam etdiyi üçün İsrailin Hizbullah üçün daha çox sürprizləri var”.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“Hizbullah bir-birinin ardınca çox ağır zərbələr alır. Biz “Hizbullah”ın lideri Həsən Nəsrullahı aradan qaldırdıq və qarşımızda daha çox sürprizlər var, bəziləri artıq həyata keçirilib, bəziləri isə həyata keçiriləcək”, - deyə siyasətçi vurğulayıb.

Qallant qeyd edib ki, keyfiyyətli və dəqiq əməliyyat nəticəsində “Hizbullah”ın raket bölməsi çox ağır zərbə aldı.

O, əlavə edib ki, İsrail Müdafiə Qüvvələri bu gün bir neçə kənddə əməliyyat keçirir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr