AZ

Rusiya ABŞ-la müharibəyə hazır olduğunu bəyan edib

Rusiya ilə ABŞ arasında mümkün hərbi qarşıdurma Vaşinqtonun gələcək addımlarından asılıdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edərək, Rusiya Federasiyasının bu münaqişəyə hazır olduğunu vurğulayıb.

"Bu, amerikalılardan asılıdır", - Ryabkov bildirib.

O, həmçinin Rusiyanın münaqişəyə tam hazır olduğunu əlavə edərək, Moskvanın müxtəlif ssenarilər hesabladığını qeyd edib.

Qərb ölkələrinin Kiyevə Rusiyaya uzaqmənzilli raketlərlə hücum etməyə mümkün icazəsi ilə bağlı məlumatı şərh edən Ryabkov qeyd edib ki, Moskvanın bu cür hərəkətlərə cavabı var.
 
Gülnar

www.anews.az
Seçilən
10
1
anews.az

3Mənbələr