AZ

Qısqanclıq fəlakətlə bitdi - bəy kostyumunu geyinib...

Samsunda həyat yoldaşı ilə mübahisə edən həkim özünü 6-cı mərtəbədən atıb.

News24.az xəbər verir ki, iddiaya görə, Qazi Dövlət Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində çalışan ümumi praktiki həkim A.B.B (26) ilə həmin xəstəxananın təcili yardım şöbəsində ümumi praktiki həkim işləyən həyat yoldaşı İ.P.B (26) arasında qısqanclıqla bağlı mübahisə yaranıb. 

Mübahisə nəticəsində depressiyaya düşən A.B.B. evə gedərək təxminən bir il əvvəl toyunda geyindiyi bəy kostyumunu geyinib və özünü 6-cı mərtəbədən atıb.

Ağır yaralanan həkim təcili tibbi yardım maşını ilə Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Xəstəxananın cərrahiyyə reanimasiya şöbəsində müalicə alan həkimin həyati təhlükəsinin davam etdiyi öyrənilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Məryəm İlhamqızı

Seçilən
24
news24.az

1Mənbələr