AZ

FIFA yeni transfer pəncərəsi açmaq niyyətindədir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) yeni bir transfer pəncərəsi təsis etmək niyyətindədir.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ali futbol qurumu gələn ilin iyun ayının 15-də başlayacaq 2025-ci il FIFA Dünya Kuboku ərəfəsində oyunçu transferlərini hərəkətə gətirmək üçün, iyunun 1-dən 10-dək açıq olacaq üçüncü transfer pəncərəsini tətbiq etmək fikrinə düşüb.

Klublara yarış başlamazdan əvvəl, futbolçularla başa çatacaq əmək müqaviləsinin müddətini də bir neçə gün uzatmağa icazə veriləcək.

Bu yeni transfer pəncərəsi yarışda iştirak edən klublar, eləcə də müvafiq təşəbbüsü dəstəkləyən futbol federasiyalarının komandaları üçün fəaliyyət göstərəcək.

Xatırladaq ki, yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək ABŞ-da keçiriləcək.

Vurğulayaq ki, futbol dünyasının nüfuzlu və aparıcı simalarının böyük əksəriyyəti, həmçinin oyunçular müvafiq tərtibatda klublararası dünya çempionatının ifrat sıx təqvim soxasoxunda keçirilməsini uca səslə tənqid etsələr də, FIFA-nın məsələyə baxışı göz qabağındadır.

Seçilən
11
arena.az

1Mənbələr