AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən tədbirdə startapların əhəmiyyətindən danışılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları tələbələrinstartaplarından ibarət sərgi ilə tanış olublar. Tələbələr qonaqlara daha dayanıqlı gələcək üçün öz icadlarından danışıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov startaplara dövlət dəstəyini yüksək qiymətləndirib. O startapların əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin İstedadlı uşaqlarla aparılan iş üzrə şöbəsinin nümayəndəsi Tural Əlişov tədbirdə çıxış edib. O, nazirliyin istedadlı gəncləri Azərbaycanda və xaricdə dəstəkləməsi məqsədilə həyata keçirdiyi yeni layihələrdən danışıb.

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova iqlim həftələrinin dünyanın əsasən mərkəzi şəhərlərində, o cümlədən Londonda, Nyu-Yorkda keçirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, iqlim həftəsi Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunur. L.Həsənova daha yaşıl, daha təmiz və daha dayanıqlı gələcəkdən bəhs edib.

Tədbirin münsiflər heyətindəki yerli və beynəlxalq ekspertlər tələbələrin layihələrini dəyərləndiriblər.

“Startupbootcamp”ın rəhbəri Sabina Basariyeva Azərbaycan hökumətinin startap layihələrinə göstərdiyi dəstəyi qeyd edib. Ən önəmli sərmayələrdən birinin insan resurslarına qoyulan kapital olduğunu bildirib.

Tədbir işini təqdimatlarla davam etdirir.

Sonda münsiflərin nəticələri açıqlanacaq.

 

Seçilən
19
azertag.az

1Mənbələr