AZ

Tehran İsrailin hücumu halında cavab verməyə hazır olduğunu açıqlayıb

Tehran İrana hücum olacağı təqdirdə İsrailə sərt cavab verməyə hazırdır.

Oxu24.com Tasnim -ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib.

İran nümayəndəsi bildirib ki, Tehran İsrail ərazisinə hücumları davam etdirmək niyyətində deyil, lakin onlara hücum olarsa, cavab verməyə hazır olacaq.

“Əgər İsrail İrana qarşı daha bir addım atsa, bizim hərəkətlərimiz daha sərt olacaq və biz mütləq cavab verəcəyik”, - deyə o bildirib.

Oktyabrın 4-də İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda cümə namazı zamanı İslam Respublikasının İsrailə qarşı raket hücumunu qanuni adlandırıb.

Oktyabrın 1-də İDF İranın İsrailə raket atdığını elan edib. Media İranın bir neçə raket “dalğası” ilə hücum etdiyini, hücumun ilk “dalğasında” ən azı 100 raketin qeydə alındığını yazıb. Bu, İsrail ordusunun Hizbullahın baş katibi Həsən Nəsrullahı məhv etməsindən sonra edilib.

Bundan əvvəl İran lideri ABŞ-ın İsraili nə üçün qoruyub saxlamaq istədiyini açıqlamışdı.
 

Miri

 

Seçilən
14
oxu24.com

1Mənbələr