AZ

G7: "Livanın ərazi bütövlüyü tam bərqərar olmalıdır"

"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq, Mavi Xətt boyunca münaqişələr mümkün qədər tez dayandırılmalıdır".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu fikir G7 ölkələri liderlərinin yayımladığı birgə bəyanatda yer alıb.

Bəyanatda BMT-nin Yaxın Şərqdə silahlı münaqişələrin həllində və humanitar böhranların yumşaldılmasında əhəmiyyəti vurğulanıb.

"İsrail-Livan sərhədi sabitləşdirilməli, Livanın suverenliyi bərqərar olmalı və məcburi köçkünlər öz evlərinə təhlükəsiz şəkildə qayıda bilməlidirlər. Biz Livandakı mülki şəxslərin təcili ehtiyaclarını ödəmək üçün humanitar yardım göstərməkdə qərarlıyıq. BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, missiyaya dəstəyimizi gücləndirəcəyik" - bəyanatda qeyd olunub.

Gülşən Şərif

Seçilən
33
bakivaxti.az

1Mənbələr