AZ

"Moskva Vaşinqtonla potensial hərbi qarşıdurmaya hazırdır" - Rusiya rəsmisi

“Rusiya ilə ABŞ arasında potensial hərbi qarşıdurma Vaşinqtonun gələcək addımlarından asılıdır”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

O,  Rusiya Federasiyasının bu münaqişəyə hazır olduğunu vurğulayıb:

 

“Bu istiqamətdə Moskva müxtəlif ssenariləri hesablayıb. Amerikalılar düşünürlər ki, gücümüzü sınamaq üçün sonsuz cəhdlər edəcəklər və bu, sərt əks tədbirlərə səbəb olmayacaq, amma yanılırlar”.

 

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd etmişdi ki, Qərbin Kiyevin Rusiyaya uzaqmənzilli raketlərlə hücum etməsinə icazə verməsindən xəbərdardırlar. “Moskvanın bu cür hərəkətlərə cavabı var”, - bəyanatda bildirilmişdi.

 

Günay 
 

Seçilən
12
1
sfera.az

2Mənbələr