AZ

Alvaro Morata İtaliyada şəhər merinə “həyatı başa saldı”

“Milan”ın ispan mərkəz hücumçusu Alvaro Morata Milan şəhəri yaxınlığında yerləşən Korbetta şəhərciyinin merinə səslənib.

Arena.az məlumat verir ki, ispan futboçu daha əvvəl, Korbetta şəhərciyinin merinin onun haqqında məhz bu şəhərcikdə məskunlaşması haqda səsləndirdiyi fikrə münasibətini açıqlayaraq, məmura sözün həqiqi mənasında “həyatı başa salıb”:

“Hörmətli cənab mer, şəxsi həyatımın toxunulmazlığı ilə bağlı hüququmu pozduğunuz üçün sizə təşəkkür edirəm. Xoşbəxtlikdən mən heç bir qiymətli mülkə sahib deyiləm. Yeganə xəzinəm – təhlükəsizliyi pozulmuş övladlarımdır.

Düşünürdüm ki, Korbetta bələdiyyəsi mənə, hansısa məxfiliyimi zəmanət verə bilər, amma bunun əvəzində, hakimiyyətin sosial şəbəkələrdən istifadə edə bilmədiyi və vətəndaşlarını qoruya bilmədiyi üçün dərhal evimi dəyişmək məcburiyyətindəyəm”, – Morata özünü sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, Alvaro Morata bu ilin yayında, iyulda Madrid “Atletiko”sundan ayrılaraq “Milan”a keçib. Moratanın “rossoneri”nin düşərgəsinə keçidi “Milan”a 13 milyon avro məbləğində başa gəlib. İspan futbolçu “Milan”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Cari mövsümdə Morata “Milan”ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Alvaro Morata Madrid “Atletiko”sunun yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində “Xetafe”, “Real”, “Yuventus” və “Çelsi”də də çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Morata “döşəkçilər”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib. Moratanın “Atletiko”nun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 154 oyun, 58 qol, 14 məhsudlar ötürmə.

Alvaro Morata hazırda kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 80 oyuna 36 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Morata bu il İspaniya yığması ilə Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr