AZ

Tütünün qadağan olunması 1,2 milyon insanın həyatını xilas edəcək

Alimlər Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) ilə birlikdə araşdırma aparıblar və nəticələrə görə, tütün məmulatlarının satışına qadağa qoyulmasının təxminən 1,2 milyon insanın həyatını xilas edə biləcəyi məlum olub. 

Missiya.Az xəbər verir ki, bu barədə “The Lancet Public Health” elmi jurnalı yazıb.

Tədqiqat üçün ekspertlər 2006-2010-cu illər arasında doğulmuş insanlar üçün tütün satışının qadağan olunduğu bir ssenari təklif etdilər: “Qlobal miqyasda proqnozlaşdırılır ki, 2006-2010-cu illər arasında anadan olan əhali arasında ağciyər xərçəngindən ölüm halları son 15 ildə müşahidə edilən  tendensiyaları izləməyə davam edərsə, 2 951 400 ölüm baş verə bilər”.

Bildirilir ki, 1 842 900 (62,4%) ölüm hallarının kişilər, 1 108 500 (37,6%) isə qadınlar arasında baş verəcəyi proqnozlaşdırılıb. O, həmçinin qeyd edir ki, 2006-2010-cu illər arasında doğulmuş insanlar arasında ağciyər xərçəngindən ölüm hallarının 1.186.500-ü (40.2%) tütün istifadəsinin aradan qaldırılmasına nail olunsaydı (yəni tütündən istifadə olunmayan bir nəsil) qarşısı alına bilərdi. Tədqiqatçılar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 82 ölkə üçün topladığı ağciyər xərçəngindən ölüm məlumatlarından istifadə ediblər və qeyd edirlər ki, “tütündən azad nəsil” kimi tədbirlər milyonlarla insanın ömrünü uzada bilər, xüsusilə də vəziyyətin qeyri-sabit olduğu aşağı və orta gəlirli ölkələrdə..

Zərintac MayisqızıMissiya.Az

Seçilən
1
1
missiya.az

2Mənbələr