AZ

Mürsəl İbrahimov idarə rəisini işdən çıxardı - Yeni təyinat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayonu idarəsinin rəisi Faiq İsmayılov vəzifəsindən azad edilib.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Xidmət rəisinin digər əmri ilə isə Faiq İsmayılov Yasamal rayonu idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Nasir Qurbanov SHXÇDX-nin Qaradağ rayon idarəsinin rəisi vəzifəsinə gətirilib.
Seçilən
1
34
qaynarinfo.az

10Mənbələr