AZ

Samsung və LG televizorları istifadəçilərə casusluq edir

Qlobal miqyasda məşhur televizor markaları Samsung və LG, istehlakçılar onları kompüterlərinə qoşduqda ekranların skrinşotlarını çəkə bilirlər. Bu barədə "NewScientist” nəşri yazır.


Populyar cihazların istehsalçıları bu məlumatlardan müvafiq reklamların nümayişini fərdiləşdirmək üçün istifadə edirlər. Bəzi Samsung televizorları hər 500 millisaniyədə, LG 10 millisaniyədən bir skrinşot çəkə bilir.


"İstifadəçi televizordan displey kimi istifadə edərək böyük ekranda nəyəsə baxmaq üçün noutbukunu HDMI kabeli ilə qoşduqda, hərəkətlərinin qeydə alındığından xəbərsiz olur", - Davis, Kaliforniya Universitetinin (ABŞ) mütəxəssisləri bildiriblər.


Televiziya antenası və ya HDMI kabeli televizora qoşulan kimi qeyd başlayır. Bununla belə, onlayn kinoteatr tətbiqi işləyirsə, nəzarət həyata keçirilmir.


Mütəxəssislər qeyd ediblər ki, arzu olunarsa, parametrlərdə ekran yazısı deaktiv edilə bilər. Ancaq bu, hər bir model üçün fərqli şəkildə baş verir - universal təlimat yoxdur.


Daha əvvəl bildirilmişdi ki, LG öz televizorlarının istifadəçilərinə reklam göstərməyə başlayıb. Tam ekran reklam blokları TV heç bir şey oynatmadıqda görünür.
 
 
Gülnar

www.anews.az
Seçilən
4
anews.az

1Mənbələr