AZ

Birinci Liqa: “Qəbələ”dən “Baku Sportinq”ə 2 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Baku Sportinq” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Əyalət təmsilçisi səfər oyunundan inamlı qələbə ilə ayrılıb.

Birinci Liqa
4-cü tur
2 oktyabr

“Cəbrayıl” – “Qaradağ Lökbatan” 3:0
Qollar: Taleh Qarayev, 3; 30. Zeynəddin Abdurahmanov, 80.
Hakimlər: Şamil İmanzadə, Rəhman Aslanov, Asif Abdullayev, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 13:30.

3 oktyabr

“Difai” – “Karvan” 1:4
Qollar: Xəyyam Məmmədli, 46 – Emil Qasımov, 17; 61. Roman Hüseynov, 81. Bəhruz Teymurov, 83.
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Anar Bədəlov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Zaqatala” 2:3
Qollar: Tural Məmmədzadə, 66. Aqil Nəsibov, 90 – Cəlal Cəbrayılov, 8; 57. Əbu Sufyan Vaddu, 47.
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

“İmişli” – MOİK 3:0
Qollar: Seyxan Fərəcov, 35-pen; 43. Bahadur Həziyev, 56.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Aydın Bəşxiyev, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

4 oktyabr

“Baku Sportinq” – “Qəbələ” 0:2
Qollar: Vüqar Həsənov, 25. Abdullahi Şuaybu, 80.
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Baku Sportinq Arena”, 15:00.

Seçilən
4
2
arena.az

10Mənbələr