AZ

Karlo Ançelotti Arda Gülərdən danışdı: "Onun üçün ilk 11-likdə yer tapmaq asan deyil"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Gülərin əsas heyətə niyə düşə bilmədiyinin səbəbini izah edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sabah La Liqada "Villareal"la qarşılaşacaqları matç öncəsi mətbuat konfransında Arda Gülərlə bağlı sualları cavablandırb.

İtaliyalı baş məşqçi deyib ki, Arda Gülərə ilk 11-likdə yer tapmaq asan məsələ deyil: "Komandada böyük rəqabət var. O, ilk 11-də iki matçda meydana çıxıb. Ötən mövsümlə müqayisədə indi daha çox vaxt alıb. O, da, digərləri də əsas heyətdə oyuna çıxmaq üçün çox çalışmalıdır"

Fərid Aslan

MİA.AZ

Seçilən
12
mia.az

1Mənbələr