AZ

Argentina Folklend adaların qaytaracaq – xarici işlər naziri Diana Mondino

Argentinanın xarici işlər naziri Diana Mondino bildirib ki, ölkə Çaqos arxipelaqının Britaniyadan Mavrikiyə qaytarılması ilə bağlı razılaşma fonunda Folklend adalarına nəzarəti bərpa etmək üçün mübarizəni davam etdirməyi planlaşdırır.

Argentina təxminən 200 ildir ki, ölkənin Malvinas adaları adlandırdığı Folklend adaları ilə Britaniya ilə mübahisə edir.

“Böyük Britaniya ilə Mavrikiy arasında uzun sürən münaqişə nəhayət başa çatdı. Mavrikiyalılar Çaqos arxipelaqını geri qaytara bildilər. Bu da Afrikadakı son Britaniya koloniyasının sona çatdığını göstərir. Bu yeni yolla getməklə biz Malvinas adalarımıza tam nəzarəti bərpa etmək niyyətindəyik. Bu adalar həmişə Argentinanın olub və olacaq” – o, X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, Argentinada Folklend adalarını Malvin adaları adlandırırlar. Adalar Atlantik okeanının cənub-qərbində yerləşir. Adalardan Böyük Britaniyaya qədər olan məsafə 12 min km-dən çox, Argentina sahillərinə qədər isə 500 km-dən azdır. Folklendlər 1843-cü ildə Britaniya koloniyası kimi rəsmi status alıb. 1982-ci ilin aprelində Argentina qoşunları onları geri almaq üçün Folklend adalarına enib. Müharibə təxminən üç aya yaxın davam edib. Toqquşmalarda hər iki tərəf 1 minə yaxın insan itirib. Argentina məğlub olub.

2013-cü ilin martında keçirilən referendumda ada sakinlərinin 99,8%-i ərazinin Britaniyanın nəzarətində qalmasına səs verib. Argentina səsvermənin nəticələrini tanımaqdan imtina edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr