AZ

"Bayern" və Almaniya millisində ciddi itki: Xəstəxanalıq oldu

"Bayern" cinah oyunçusu Camal Musialanın zədəsini açıqlayıb.

Publika.az xəbər verir ki, 21 yaşlı futbolçunun omba nahiyəsində problemlər var. O, bir müddət xəstəxanada yatmaq məcburiyyətində qalacaq.

Musiala "Ayntraxt Frankfurt"la oyunu, həmçinin Almaniya millisinin Millətlər Liqasında Bosniya və Herseqovina və Niderland ilə görüşlərini buraxacaq. Musiala Münhendə qalacaq və yığmaya qoşulmayacaq.

Onun əvəzinə Almaniya millisinə ştutqartlı Ceymi Levelinq çağırılacaq.

Heybət

Seçilən
10
publika.az

1Mənbələr