AZ

Şimali Koreyanın suverenliyinə təcavüz edilsə...- Kim Çen nüvə silahı ilə hədələdi

Image

Əgər hər hansı qüvvə Koreya Xalq Demokratik Respublikasının (KXDR) suverenliyini pozarsa, ordunun sərəncamında olan bütün hücum silahlarından, o cümlədən nüvə silahından istifadə etməkdən çəkinməyəcəyik.

Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu bəyanatı KXDR lideri Kim Çen In ordunun xüsusi əməliyyat bölməsinin heyəti ilə görüş zamanı səsləndirib.

O, Cənubi Koreya Prezidenti Yun Sok Yolun “KXDR nüvə silahından istifadə edərsə, bu, rejimin sonu ola bilər” fikrini qınayıb. Şimali Koreya lideri bildirib ki, Yun Sok Yolun sözügedən fikri Cənubi Koreya-ABŞ ittifaqının regional təhlükəsizliyi və sülhü pozmağa yönəldiyini təsdiqləyir.

ZÜMRÜD





Seçilən
22
1
baki-xeber.com

2Mənbələr