AZ

Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cüilin payız sessiyasında ilk iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Milli Məclisdən məlumat verilib.

İclası açan komitə sədri Anar İsgəndərov Yeddinci çağırış MilliMəclisə üzv seçilmələri münasibətilə deputatlara təbrikləriniçatdırıb, onlara uğurlar arzulayıb. Komitə sədri qeyd edib ki,iclasın gündəliyinə Elm və təhsil komitəsinin 2024-cü ilin payızsessiyası üçün iş planı və 1 qanun layihəsi daxil edilib.

Anar İsgəndərov bildirib ki, qarşıdakı sessiya üçün iş planındaqanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanunlayihələrinin, həmçinin qanunlara təklif olunan dəyişikliklərinmüzakirəsi öz əksini tapıb. Bundan başqa, komitə üzvlərinin QarabağUniversiteti ilə tanışlığı və ustad mühazirələrin oxunması danəzərdə tutulur.

İş planı təsdiqləndikdən sonra Milli Məclis Aparatının Sosialqanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin 2-ciməsələsi olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”,“Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərintəhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsihaqqında məlumat verib.

O, bildirib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyırvə əlilliyi olan şəxslərə qarşı mənfi təsəvvürlər yaradanifadələrin mənfi təsəvvürlər yaratmayan ifadələrlə əvəz olunmasınıözündə ehtiva edir.

İclasda çıxış edən komitə sədrinin müavini Fariz İsmayılzadə,Elnarə Akimova, Bəxtiyar Əliyev, Əziz Ələkbərov, Pərvin Kərimzadə,Vasif Qafarov, Eldar Quliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə,Mehriban Vəliyeva, Fatma Yıldırım gündəlikdəki məsələlər barədəfikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətəçatdırıblar.

İclasın sonunda Elm və təhsil komitəsinin 2024-cü ilin payızsessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsiisə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Sevinc Fətəliyeva, Samir Vəliyev və digərrəsmi şəxslər iştirak edirdilər.

Elm
Elm
Elm
Elm
Seçilən
20
2
az.trend.az

3Mənbələr