AZ

İranda savaş hazırlığı: O ölkədən kömək istədilər

Oktyabrın 1-də İran İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahı öldürməsinə cavab olaraq, bu ölkəyə 180 ballistik raket atıb. İndi İran İsraildən zərbə gözləyir.

Turkustan.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumatlı mənbələrə istinadla yazır.

ABŞ nəşrinə danışan müharibə planları ilə tanış olan iki iranlı rəsminin sözlərinə görə, Tehran İsrailin hücumundan əvvəl Rusiyadan peyk kəşfiyyatı ilə bağlı əməkdaşlıq istəyib.

Məlumat barədə başqa təfərrüatlar verilmir. Xüsusilə Rusiyanın bu müraciətə cavab verib-vermədiyi dəqiqləşdirilməyib. /teleqraf.com/

Seçilən
3
1
turkustan.az

2Mənbələr